Səudiyyə Ərəbistanının yeni aviaşirkəti Riyadh Air ilk xüsusi dizaynlı təyyarəsini təqdim edib. “Indigo” adlandırılan Boeing 787-9 Dreamliner mavi-bənövşəyi rəngləri ilə diqqət çəkir.
Təyyarənin dizaynında səhrada açan nadir çiçəklərdən və ərəb xəttatlığından ilhamlanılıb. Şirkət bu görünüşü özünəməxsus marka simvollarından birinə çevirmək istəyir.
Riyadh Air bildirib ki, gələcəkdə donanmaya əlavə ediləcək hər 10 təyyarədən biri “Indigo” rənglərində olacaq. İlk təyyarənin yaxın zamanda uçuşlara başlaması gözlənilir.
Prestij.media
















