İordaniyanın quraq bölgələrində ağacların ətrafına minlərlə daş düzülərək yağış suyunu toplamaq üçün xüsusi sədlər yaradılıb. Məqsəd az miqdarda yağan yağışın torpaqda itmək əvəzinə bitkilərin olduğu ərazilərdə qalmasını təmin etməkdir.
Daşlardan hazırlanan kiçik sədlər suyun axınını zəiflədir və yağışın müəyyən nöqtələrdə toplanmasına şərait yaradır. Bununla yanaşı ağacların ətrafında kiçik su hövzələri də yaradılıb.
Yağış yağanda toplanan su ağacların kökləri ətrafında qalır və torpağa hopur. Beləliklə quraq ərazilərdə hətta az miqdarda yağıntıdan daha səmərəli istifadə olunur.
Prestij.media
















