Avropa İttifaqında marketlərdə satılan məhsulların üzərində “ekoloji”, “təbiət dostu” və “bioloji parçalana bilən” kimi ifadələrin istifadəsinə yeni məhdudiyyətlər tətbiq olunur. Qaydalar sübut olunmayan ekoloji iddiaların məhsul qablaşdırılmasında və reklamlarında istifadəsinin qarşısını almağı hədəfləyir.
Yeni tələblərə əsasən, istehsalçılar məhsulun ekoloji xüsusiyyətlərini rəsmi sənədlər və sertifikatlarla təsdiqləməlidirlər. Yalnız qablaşdırmanın təkrar emal olunmuş materialdan hazırlanması məhsulun bütövlükdə ekoloji olduğu anlamına gəlməyəcək. “İqlim neytral” kimi ifadələrə də əlavə məhdudiyyətlər qoyulacaq.
Rəsmi orqanlar tərəfindən təsdiqlənmiş üzvi sertifikata malik məhsullar isə satışda qala biləcək. Məqsəd istehlakçıları yanıltan və sübut olunmayan ekoloji reklamların qarşısını almaqdır. Qaydaların 27 sentyabrdan qüvvəyə minəcəyi bildirilir.
Prestij.media
















