Misir Fransanın Dassault Aviation şirkətindən əlavə 24 ədəd Rafale döyüş təyyarəsi almaq üçün rəsmi təklif istəyib. Hələlik tərəflər arasında məcburi müqavilə imzalanmayıb. Razılaşma baş tutarsa, Misirin Rafale təyyarələrinin sayı 78-ə çatacaq.
Qahirə daha əvvəl 2015-ci ildə 24, 2021-ci ildə isə 30 Rafale sifariş edib. Yeni alışla köhnəlmiş ABŞ istehsalı F-16 təyyarələrinin mərhələli şəkildə yenilənməsi və ölkənin hava qüvvələrinin gücləndirilməsi planlaşdırılır. Mövcud infrastrukturun olması yeni təyyarələrin istifadəsini də asanlaşdıracaq.
Razılaşmanın qarşısında əsas maneələr maliyyələşdirmə və təyyarələrin çatdırılma müddətidir. Fransanın uzunmüddətli kredit şərtləri ilə bağlı razılıq əldə edilməli, eyni zamanda şirkətin Hindistan, İndoneziya və Serbiyadan aldığı sifarişlər səbəbindən istehsal sıxlığı nəzərə alınmalıdır.
Prestij.media
















