Çinin hazırladığı S4000 adlı uçan külək enerjisi sistemi sınaq uçuşunu uğurla tamamlayıb. Heliumla havada saxlanılan sistem 4 min metr yüksəkliyə qalxaraq daha güclü küləklərdən elektrik enerjisi istehsal etmək üçün hazırlanıb.
S4000 yerdəki beton qüllələr və klassik külək turbinlərindən fərqli işləyir. Sistem xüsusi kabellərlə yerə bağlanır. Bu kabellər həm uçan qurğunun mövqeyini qoruyur, həm də göydə istehsal olunan elektrik enerjisinin yerə ötürülməsini təmin edir.
Yeni texnologiyanın yüksək yaylalar, səhralar, adalar və ənənəvi külək elektrik stansiyalarının qurulmasının çətin olduğu ərazilərdə istifadə edilməsi planlaşdırılır. S4000-in əvvəlki modeli olan S2000 isə 2 min metr yüksəklikdə sınaq zamanı 385 kilovat-saat elektrik enerjisi istehsal edərək şəbəkəyə ötürmüşdü.
Prestij.media
















