Havayidə şəkər qamışı tarlalarına zərər verən siçanları məhv etmək üçün 1883-cü ildə adalara 72 hind manqustu buraxılıb. Lakin siçanların gecə, manqustların isə gündüz aktiv olması səbəbindən gözlənilən nəticə əldə edilməyib.
Bunun əvəzinə manqustlar adaların yerli canlılarını ovlamağa başlayıb. Xüsusilə yerdə yuva quran quşların yumurtaları və balaları təhlükə altına düşüb. Havay qarğası, Havay qazı və müxtəlif quş növlərinin də daxil olduğu 8 yerli növdə ciddi azalmalar qeydə alınıb. Sahillərdəki dəniz tısbağalarının yumurtaları da manqustların hücumuna məruz qalıb.
Məlumatlara görə, manqustların Havayi və Puerto Rikoda yaratdığı illik iqtisadi zərər təxminən 50 milyon dollar qiymətləndirilir. Tələ, zəhərli yem və xüsusi təlim keçmiş itlərdən istifadə edilməsinə baxmayaraq, sürətlə çoxalan bu canlıları tamamilə məhv etmək mümkün olmayıb.
Prestij.media
















