ABŞ Suriyanı “terroru dəstəkləyən ölkələr” siyahısından çıxarıb. Qərarın ölkənin iqtisadiyyatının bərpasına və beynəlxalq sistemə inteqrasiyasına yol açacağı bildirilir.
Suriya 1979-cu ildən ABŞ-ın sözügedən siyahısında idi. Qərarın rəsmiləşməsindən sonra ABŞ-ın bu siyahısında İran, Kuba və Şimali Koreya qalıb.
ABŞ rəsmiləri qərarın Suriyada siyasi və iqtisadi sabitliyin güclənməsinə, xarici investisiyaların artmasına və özəl sektorun inkişafına şərait yaradacağını bildiriblər.
Prestij.media
















