Fransada ibtidai və orta məktəblərdən sonra liseylərdə də mobil telefon istifadəsi qadağan edilir. Qərar sentyabrın 1-dən qüvvəyə minəcək.
Fransa Prezidenti Emmanuel Makron yeni tədris ilindən etibarən liseylərdə mobil telefon istifadəsinin tamamilə qadağan ediləcəyini açıqlayıb. Qərarın şagirdləri ekranların mənfi təsirlərindən və kiberzorakılıqdan qorumaq məqsədi daşıdığı bildirilib.
Fransada bu qadağa 2018-ci ildən ibtidai və orta məktəblərdə tətbiq olunur. Yeni qərarla məhdudiyyət lisey şagirdlərinə də şamil ediləcək. Məktəb rəhbərliklərinə isə telefon istifadəsinə nəzarət və qaydaların tətbiqi ilə bağlı səlahiyyət veriləcək.
Prestij.media
















