ABŞ Prezidenti Donald Trampın İranla bağlı açıqlamalarından sonra qərarın qəbul edilmə prosesi ilə bağlı yeni detallar ortaya çıxıb. Məlumata görə, Hörmüz boğazında ticari gəmilərə hücumlardan sonra Vaşinqtonda vəziyyət yenidən dəyərləndirilib və bir neçə gün əvvəl hazırlanan plan əsasında İrana qarşı yeni addımlar atılıb.
ABŞ mediasının yazdığına görə, administrasiya İranın razılaşmalara sadiq qalmadığı qənaətinə gəlib. Bunun ardınca Tehrana qarşı sanksiyaların sərtləşdirilməsi və bölgədə hərbi tədbirlərin genişləndirilməsi qərarı verilib. Ekspertlər isə bu addımların Yaxın Şərqdə gərginliyi daha da artıra biləcəyi barədə xəbərdarlıq edirlər.
Prestij.media
















