Hindistanın elektronika istehsalçısı Tata Electronics-ə qarşı həyata keçirilən kiberhücumdan sonra Apple və Tesla şirkətlərinə aid olduğu iddia edilən 200 mindən çox məxfi sənəd internetdə yayılıb. Məlumatlara görə, ümumi həcmi 630 giqabaytdan artıq olan fayllar arasında texniki çertyojlar, istehsal sənədləri, keyfiyyətə nəzarət hesabatları, elektron məktublar və əməkdaşların şəxsi məlumatları yer alır.
Kibertəhlükəsizlik üzrə mütəxəssislər sızdırılan sənədlərin bir hissəsində “məxfi” və “kommersiya sirri” qeydlərinin olduğunu bildiriblər. Apple hadisə ilə bağlı araşdırmaya başlayıb, Tesla isə məsələ barədə hələlik rəsmi açıqlama verməyib.
Prestij.media
















