Dermatoloq həkim Beste Nigar Gök günəş kremlərinin yalnız günəş yanıqlarının qarşısını almadığını, həm də dəri xərçəngi riskini azaltdığını bildirib.
Mütəxəssisin sözlərinə görə, günəşdən gələn ultrabənövşəyi şüalar dəridə ləkələr, qırışlar və erkən qocalma əlamətlərinə səbəb ola bilər. Günəş qoruyucuları isə bu riskləri minimuma endirməyə kömək edir.
Həkim gündəlik istifadə üçün SPF 30, uzun müddət açıq havada qalan şəxslər üçün isə SPF 50 tərkibli, geniş spektrli günəş kremlərini tövsiyə edib.
Mütəxəssislər həmçinin günəşdən qorunmaq üçün papaq, eynək və qoruyucu geyimlərdən istifadə etməyi məsləhət görürlər.
Prestij Media
















