Yay aylarında havaların istiləşməsi ilə uşaqlarda maye itkisi artır və bu, sidik yolları infeksiyaları ilə böyrək problemləri riskini yüksəldə bilər.
Uşaq uroloqu Prof. Dr. Mesrur Səlcuq Sılay bildirib ki, məktəb yaşlı uşaqlar gün ərzində ən azı 1,5-2 litr su içməlidir. Onun sözlərinə görə, qazlı içkilər və buzlu çay kimi məhsullar sidik ifrazı problemlərinə səbəb ola bilər.
Mütəxəssis valideynlərə uşaqların daim yanlarında su qabı saxlamalarını, duzlu və fast-food qidalardan uzaq durmalarını tövsiyə edib. Həmçinin hovuz və ya dənizdən sonra uzun müddət yaş paltarda qalmağın, xüsusilə qız uşaqlarında infeksiya riskini artırdığı vurğulanıb.
Prestij.media
















