Əfqanıstanda hakimiyyəti ələ keçirən Taliban dövlət qurumlarında çalışan əməkdaşlar və hərbi qulluqçular üçün smartfon istifadəsini tamamilə qadağan edib.
Yeni qərara əsasən, dövlət işçilərinin ağıllı telefon istifadə etməsi qadağan edilir və qaydaya əməl etməyən şəxslərin cihazlarının müsadirə ediləcəyi, hətta məhv ediləcəyi bildirilir.
Məlumata görə, bu qadağadan yalnız Taliban liderinin yazılı icazəsi olan şəxslər istisna edilə bilər.
Ekspertlər bu addımın sosial şəbəkələrdə yayılan etirazların qarşısını almaq və informasiya axınını məhdudlaşdırmaq məqsədi daşıdığını bildirirlər.
prestij.media
















