Marvel studiyasının “Hörümçək adam: Yeni Gün” filminin yeni treyleri təqdim olunub. Kadrlarda Piter Parkerin (Tom Holland) gözlənilmədən Hulk (Mark Ruffalo) ilə qarşı-qarşıya gəldiyi görünür.
Treylerdə Hörümçək adam həm Hulk, həm də digər təhlükəli düşmənlərlə mübarizə aparır. Eyni zamanda, Piter Parkerin Hulkdan mutasiyaya nəzarət etməklə bağlı məsləhətlər aldığı da diqqət çəkir.
Filmdə həmçinin Cəzaçı (Punisher), Əqrəb (Scorpion) və digər məşhur personajlar yer alacaq. Ekran işi 31 iyul tarixində kinoteatrlarda nümayiş olunacaq.
prestij.media
















