Təxminən 13 min il əvvəl Şimali Amerikada mövcud olan Aqassiz gölü nəhəng buzlaqların əriməsi nəticəsində yaranmışdı. Sahəsi təxminən 440 min kvadrat kilometrə çatan göl Qara dənizlə müqayisə ediləcək qədər böyük idi.
Buzlaqların yaratdığı təbii bəndlərin dağılması nəticəsində göldəki böyük su kütləsi Hudson körfəzi üzərindən Şimal Buzlu okeanına və Atlantik okeana axıb. Nəhəng miqdarda şirin suyun okeana qarışması okean axınlarına təsir göstərərək Şimal yarımkürəsində kəskin soyuma dövrünün başlamasına səbəb olub.
Aqassiz gölü təxminən 8400 il əvvəl buz maneələrinin tamamilə dağılması ilə son olaraq yoxa çıxıb. Son böyük su axını nəticəsində okeanların səviyyəsinin təxminən bir il ərzində 2,8 metr yüksəldiyi bildirilir. Gölün yerində isə bu gün Kanadanın çölləri və ABŞ-ın Orta Qərb bölgəsinin bir hissəsini təşkil edən geniş düzənliklər qalıb.
Prestij.media
















