Alimlər ənənəvi Çin təbabətində min ildən artıqdır istifadə edilən Boğumluca otu kökünün saç tökülməsinə qarşı təsirli ola biləcəyini açıqlayıblar.
Yeni araşdırmaya görə, “He Shou Wu” adı ilə tanınan bu bitki saç tökülməsində mühüm rol oynayan DHT hormonunun təsirini azaltmağa, saç follikullarını qorumağa və onların yenilənməsini stimullaşdırmağa kömək edə bilər.
Tədqiqatçılar bildirirlər ki, bitki həmçinin baş dərisində qan dövranını yaxşılaşdırır, hüceyrələrin vaxtından əvvəl məhv olmasının qarşısını alır və saçların yenidən böyüməsi üçün əlverişli şərait yaradır.
Mütəxəssislərin fikrincə, düzgün emal olunduğu halda bu bitki mövcud saç tökülməsi dərmanlarının yaratdığı bəzi yan təsirlərə alternativ ola bilər. Bununla belə, alimlər qəti nəticə əldə etmək üçün daha geniş klinik tədqiqatların aparılmasının vacib olduğunu vurğulayırlar.
Prestij.media
















