Roma Papası XIV Leo Rusiya-Ukrayna müharibəsi fonunda Qara dənizdə artan hücumlarla bağlı çağırış edib. O, xüsusilə ərzaq və taxıl idxalından asılı olan yoxsul ölkələrin müharibədən ciddi zərər gördüyünü bildirib.
Vatikanın Müqəddəs Pyotr meydanına baxan pəncərəsindən ənənəvi bazar duasını etdikdən sonra çıxış edən Papa münaqişə tərəflərini Qara dəniz vasitəsilə taxılın təhlükəsiz daşınmasına imkan yaratmağa çağırıb.
XIV Leo vurğulayıb ki, milyonlarla insanın gündəlik çörəyi müharibənin girovuna çevrilməməlidir.
Prestij.media
















