Çinin Daxili Monqolustan bölgəsində yerləşən Ordos səhrasında geniş uran yataqlarının aşkarlandığı bildirilir. Bu ehtiyatların istismara verilməsi Pekinin nüvə enerjisi sahəsində xarici mənbələrdən asılılığını azaltmaqla yanaşı, ölkənin enerji təhlükəsizliyini də gücləndirə bilər.
Mütəxəssislər yataqların işlənməsinin texniki və ekoloji çətinliklər yaradacağını bildirirlər. Quraq ərazidə su təminatı, radioaktiv tullantıların təhlükəsiz saxlanması və mədən işçilərinin qorunması əsas məsələlər sırasındadır.
Çinin yerli uran hasilatını artırması beynəlxalq bazara da təsir göstərə bilər. İstehsalın genişlənməsi ölkənin xarici təchizatçılardan asılılığını azalda və dünya uran bazarında qiymətlərə təzyiq yarada bilər. Pekin eyni zamanda nüvə enerjisi ilə yanaşı günəş və külək enerjisinə də investisiyalarını davam etdirir.
Prestij.media
















