Evlərdə həşəratlardan qorunmaq üçün istifadə olunan təbii üsullardan biri də dəfnə yarpağıdır. Onun kəskin qoxusu və tərkibindəki aromatik maddələrin bəzi həşəratları uzaqlaşdırmağa kömək edə biləcəyi bildirilir. Lakin üsulun təsiri həşəratın növündən və şəraitdən asılı olaraq dəyişə bilər.
Quru dəfnə yarpaqlarının pəncərə kənarlarına, qapı girişlərinə, mətbəxdə ərzaq saxlanılan yerlərin yaxınlığına və həşəratların göründüyü dolablara yerləşdirilməsi tövsiyə olunur. Yarpaqları 5-6 ədəd olmaqla bir dəstə şəklində bağlamaq və ya hava keçirən kiçik torbaya qoymaq mümkündür.
Yarpaqların qoxusu zamanla zəiflədiyi üçün onların təxminən iki həftədən bir dəyişdirilməsi məsləhət görülür. Bununla belə, dəfnə yarpağı həşəratlarla mübarizədə tam zəmanətli vasitə hesab edilmir.
Prestij.media
















