İllərdir elmi sərgilərdə nümayiş etdirilən maraqlı təcrübənin sirri açılıb. Elektrik cərəyanına qoşulan turşunun sarı-narıncı rəngdə parlamasının səbəbi ABŞ-dakı Portland Universitetinin elektrik mühəndisi Coşua Mendes Harperin araşdırmasında izah edilib.
Araşdırmaya görə bu hadisə istilik, elektroliz və hidrogen qazının alışması ilə əlaqədardır. Turşunun daxilində maye qızaraq qaz qabarcıqları yaradır. Elektrik cərəyanının təsiri ilə yaranan hidrogen qazı qığılcımlar nəticəsində alışaraq parlaq işıq əmələ gətirir.
İşığın sarı-narıncı görünməsi isə turşunun tərkibindəki duzdan qaynaqlanır. Elektrik enerjisi natrium atomlarını həyəcanlandırır və onlar yenidən aşağı enerji səviyyəsinə keçərkən həmin rəngdə işıq yayır. Tədqiqatçılar duzun növü dəyişdikdə işığın rənginin də dəyişə biləcəyini bildirirlər.
Prestij.media
















