Beynəlxalq araşdırma qrupu orta əsrlərə aid perqament əlyazmalarında minlərlə il əvvələ məxsus qoyun çiçəyi virusunun DNT izlərini aşkar edib. Araşdırma nəticələri bu virusun 3 700 ildən artıqdır ki, kənd təsərrüfatı heyvanlarını təhdid etdiyini göstərib.
Araşdırmaçılar heyvan dərisindən hazırlanan perqamentlərdən DNT nümunələri götürüblər. İngiltərədəki 1000 illik York İncilləri və Kembricdə saxlanılan qədim lüğətlər də daxil olmaqla bir sıra əlyazmalar araşdırılıb. Bəzi sənədlərin bir neçə səhifəsində virusun DNT izlərinin aşkarlanması onların hazırlanmasında yoluxmuş heyvanların dərisindən istifadə edildiyini göstərib.
Qoyun çiçəyi yüksək yoluxucu xəstəlikdir və heyvanlarda qızdırma, dəri zədələnmələri və ölümə səbəb ola bilər. Xəstəlik süd istehsalının azalmasına, dəri və yun keyfiyyətinin pisləşməsinə, eləcə də ciddi iqtisadi itkilərə gətirib çıxarır. Virusun insanlara yoluxduğuna dair isə sübut yoxdur. Alimlər qədim DNT nümunələrinin virusun zaman ərzində necə dəyişdiyini anlamağa və gələcəkdə onunla mübarizə aparmağa kömək edə biləcəyini bildirirlər.
Prestij.media
















