Kredit kartından istifadə ilə bağlı bəzi obyektlərdə müştərilərdən əlavə “POS komissiyası” və ya “kart fərqi” adı ilə ödəniş tələb olunur. Xüsusilə taksi və marketlərdə rast gəlinən bu halın qanunvericiliyə zidd olduğu bildirilir.
Məlumata görə, bəzi obyektlər kartla ödəniş zamanı müştəridən 12 faizə qədər əlavə pul tələb edir. Halbuki satıcı öz xərclərini məhsul və ya xidmətin qiymətinə daxil edə bilər, lakin yalnız ödəniş üsuluna görə müştəridən əlavə haqq tələb edə bilməz.
Mütəxəssislər bildirirlər ki, belə əlavə ödəniş edən şəxslər çek və ya qəbzlə birlikdə İstehlakçı Hüquqları üzrə müvafiq qurumlara müraciət edərək ödədikləri əlavə məbləği qanuni faizi ilə birlikdə geri ala bilərlər.
Prestij.media
















