Rio de Janeiro şəhərində iki helikopterin havada toqquşması nəticəsində 6 nəfər həyatını itirib. Prestij.Media xəbər verir ki, qəza nəticəsində helikopterlərdən biri avtomobil salonunun üzərinə düşərək güclü yanğına səbəb olub.
Hadisə yerinə çoxsaylı yanğınsöndürmə briqadaları cəlb edilib. Məlumata görə, bir helikopterdə pilot və dörd sərnişin, digərində isə yalnız pilot olub. Qəza nəticəsində sağ qalan olmayıb.
Səlahiyyətli qurumlar bildiriblər ki, helikopterlərdən biri elektrik avtomobillərinin sərgiləndiyi avtosalonun üzərinə düşərək partlayıb. Nəticədə təxminən 20 avtomobil alovlanıb. Yanğın sonradan nəzarətə götürülərək söndürülüb.
Qəzada həyatını itirənlər arasında amerikalı müğənni Oliver Tree Nickell və sosial şəbəkələrdə milyonlarla izləyicisi olan bloger Gaspar Prim də var.
Həlak olan digər şəxslərin isə Lucas Vignale, Lucas Brito Chaves, Alexandre Souza və Charles Marsillac olduğu açıqlanıb.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırmalara başlanılıb. Rəsmilər bildiriblər ki, helikopter qalıqları yüzlərlə metr əraziyə səpələndiyindən qəzanın dəqiq səbəbini müəyyən etmək üçün uçuş qeydləri və görüntülər təhlil olunur.
















