Fransada bahalaşma və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı keçirilən etirazlar zamanı zorakılıq və talan hadisələri baş verib. Paris və Lion başda olmaqla bir sıra şəhərlərdə lüks brendlərin mağazalarına hücum edilib. Rəsmi məlumata görə, ölkə üzrə aksiyalara təxminən 550 min nəfər qatılıb.
Lionda “Louis Vuitton” və “Hugo Boss” kimi markaların mağazalarının vitrinləri sındırılıb. Parisdə bəzi mağazalardan kosmetika və bahalı telefonlar oğurlanıb. Marseldə “Hermès” mağazası hücuma məruz qalıb, Lildə isə “Apple Store” hədəf alınıb. Hadisələr zamanı 272 nəfərin saxlanıldığı bildirilib.
Etirazlar Belçika İtaliya Portuqaliya və Albaniyada da davam edib. ABŞ Argentina və Hindistanda da müxtəlif iqtisadi və siyasi məsələlərlə bağlı kütləvi aksiyalar keçirilib. Ölkələrdə etirazların səbəbləri arasında yaşayış xərclərinin artması təhsil büdcələrindəki ixtisarlar və alıcılıq qabiliyyətinin azalması göstərilir.
Prestij.media
















