Macarıstanda Dunay çayının su səviyyəsinin kəskin azalması arxeoloqlara yüz illərdir su altında qalan əraziləri araşdırmaq imkanı verib. Dunaújváros yaxınlığında Roma dövrünə aid kireçtaşı qurbangahının parçası tapılıb.
Arxeoloqlar daha sonra üzərində yazılar olan iki daş parçası da aşkarlayıb. Tapıntıların qədim Roma şəhəri Intercisa ilə əlaqəli olduğu müəyyən edilib.
Çayın yatağında İkinci Dünya müharibəsindən qaldığı ehtimal edilən partlamamış sursat da aşkarlanıb. Mütəxəssislər vətəndaşlara tapılan tarixi əşyalara toxunmamaq barədə xəbərdarlıq edib.
Prestij.media
















