Fransız astronom Etyen Leopold Truvelo 1860-cı illərdə ipək istehsalını inkişaf etdirmək məqsədilə ABŞ-yə süngər güvəsinin yumurtalarını gətirib. Lakin həşəratların bir hissəsinin ətraf mühitə yayılması nəticəsində ölkənin şimal-şərqində genişmiqyaslı ekoloji problem yaranıb.
Təxminən 1889-cu ilə qədər həşəratlar Massaçusets ştatının Medford şəhəri ətrafında yüzlərlə kvadratkilometr ərazidə ağacların yarpaqlarını məhv edib. Təbii düşmənlərinin az olması və əlverişli iqlim onların sürətlə çoxalmasına şərait yaradıb. 1981-ci ildə isə meşələrə dəyən zərər təxminən 52 min kvadratkilometr əraziyə çatıb.
Hazırda bu növ ABŞ-nin 20-dən çox ştatında yayılıb və hər il təxminən 868 milyon dollar iqtisadi zərərə səbəb olduğu bildirilir. Həşəratlarla mübarizədə xüsusi göbələkdən istifadə olunur. Mütəxəssislər onların yeni ərazilərə yayılmasının qarşısını almaq üçün karantin tədbirlərinin gücləndirilməsini tövsiyə edirlər.
Prestij.media
















