İngiltərənin London şəhərində yerləşən Kroydon bələdiyyəsi mənzil çatışmazlığını azaltmaq üçün yeni təşəbbüs hazırlayıb. Daha az otaqlı evə köçməyə razılaşan bələdiyyə kirayəçilərinə yeni mənzillərinin ödənişsiz təmir edilməsi təklif olunur.
Plana əsasən yeni mətbəx və hamam otağının yenilənməsi, evin dekorasiyası, eləcə də köç prosesində yardım göstərilməsi nəzərdə tutulur. Məqsəd böyük evlərdə ehtiyacından artıq otaqla yaşayan sakinləri daha kiçik mənzillərə köçürərək geniş evləri böyük ailələrə verməkdir.
Bələdiyyənin məlumatına görə, Kroydonda 8 500-dən çox ailə uyğun mənzil gözləyir. Təşəbbüs hələ təsdiqlənməyib. Lazımi razılıqlar alınarsa pilot layihənin oktyabrın sonunda başlanması planlaşdırılır.
Prestij.media
















