Bolqarıstanın tarixi hökmdarlarından biri olan Çar Samuilin nəşi Yunanıstan və Bolqarıstan arasında əldə olunan razılaşma əsasında ölkəyə qaytarılıb. Nəş Selanikdəki Bizans Mədəniyyəti Muzeyində keçirilən mərasimdə Bolqarıstan tərəfinə təhvil verilib.
Nəşin daşındığı hərbi yük təyyarəsini Bolqarıstan hava məkanına daxil olduqdan sonra iki cüt MiQ-29 və F-16 qırıcıları müşayiət edib. Təyyarə Sofiyaya endikdən sonra nəş Knyaz Aleksandr I meydanında keçirilən mərasimlə qarşılanıb və daha sonra Sofiya Müqəddəs Sofiya kilsəsinə aparılaraq xüsusi hazırlanmış sərdabəyə yerləşdirilib.
Çar Samuil 997-1014-cü illərdə Birinci Bolqarıstan imperiyasına rəhbərlik edib. Onun nəşi 1965-ci ildə yunan arxeoloq Nikolaos Moutsopoulos tərəfindən Kiçik Prespa gölündəki Müqəddəs Axilleios adasında aşkar edilib və sonrakı illərdə Selanikdəki Bizans Mədəniyyəti Muzeyində saxlanılıb.
Prestij.media
















