Efiopiyada 2019-cu ildə həyata keçirilən və 12 saat ərzində 353 milyondan çox tingin əkildiyi kütləvi yaşıllaşdırma kampaniyasının gözlənilən nəticəni vermədiyi bildirilir.
Prestij.media xəbər verir ki, layihədən sonra tinglərin suvarılması və qulluq işlərində yaranan çətinliklər səbəbindən onların böyük hissəsi məhv olub. Mütəxəssislər bunun su ehtiyatlarına əlavə yük yaratdığını qeyd edirlər.
Araşdırmalara əsasən, tinglərin yaşama faizi təxminən 39,8 faiz təşkil edib. Alimlər hesab edirlər ki, genişmiqyaslı ağacəkmə layihələrinin uğurlu olması üçün təkcə əkilən tinglərin sayı deyil, sonrakı qulluq, su təminatı və ekoloji planlaşdırma da həlledici rol oynayır.
Qeyd edək ki, Efiopiya hökuməti meşə sahələrinin azalmasının qarşısını almaq məqsədilə “Yaşıl İrs” təşəbbüsünü həyata keçirmişdi. Layihə çərçivəsində açıqlanan rekord əkin göstəriciləri isə müstəqil qurumlar tərəfindən rəsmi şəkildə təsdiqlənməyib.
















