Prestij.media xəbər verir ki, nevroloq Aleksandr Yevdokimov burun, burunaltı və yuxarı dodaq nahiyəsində yaranan sızanaqların sıxılmasının ciddi fəsadlara səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Həkimin sözlərinə görə, bu nahiyələrdə sızanaqlara mexaniki müdaxilə infeksiyanın yayılmasına, bəzi hallarda isə beyin toxumalarına qədər çatmasına səbəb ola bilər. Bu isə xüsusilə immun sistemi zəif olan insanlarda ensefalit və meningit kimi ağır xəstəliklərin yaranma riskini artırır.
Mütəxəssis bildirib ki, sağlam insanlarda belə ağırlaşmaların ehtimalı aşağı olsa da, sızanaqları özbaşına sıxmaq əvəzinə dermatoloqa müraciət etmək daha təhlükəsiz seçimdir.
















