Fransada davam edən güclü istilər səbəbindən ölkənin 60 bölgəsində hava təhlükəsi ilə bağlı narıncı xəbərdarlıq səviyyəsi elan olunub.
Meteoroloji xidmətin məlumatına görə, bəzi ərazilərdə havanın temperaturu gün ərzində 41 dərəcəyədək yüksələ bilər. Sinoptiklər isti hava dalğasının gələn həftə də davam edəcəyini bildirirlər.
Vəziyyətin ciddiliyi səbəbindən Baş nazir Sebastyan Lekornunun və 14 nazirin iştirakı ilə fövqəladə iclas keçiriləcək.
Paytaxt Parisdə də yüksək temperaturla əlaqədar əlavə tədbirlər görülüb. Şəhərdəki bütün park və bağların sutka ərzində açıq qalacağı açıqlanıb. Həmçinin məktəblər üçün 1200 ventilyator alınacaq, ictimai hovuzların iş vaxtı isə uzadılacaq.
Qeyd edək ki, Oxfam Fransanın hesabatına əsasən, ölkədə hər il 5 mindən çox insan həddindən artıq istilərin təsiri nəticəsində həyatını itirir.
Prestij.media
















