Almaniyada iki yük qatarının toqquşması ağır qəza ilə nəticələnib.
Məlumata görə, gecə saatlarında manevr edən iki yük qatarı naməlum səbəbdən bir-biri ilə toqquşub. Toqquşmanın təsirindən qatarlardan birinə məxsus iki vaqon relsdən çıxaraq təxminən 5 metr hündürlükdəki körpüdən aşağıdakı avtomobil yoluna düşüb.
Hadisə nəticəsində bir nəfər həyatını itirib.
Qəzanın baş verdiyi ərazi yük qatarlarının istifadə etdiyi marşrut olduğundan sərnişin daşımalarına təsir qeydə alınmayıb. Düşən vaqonların boş olduğu bildirilib.
Hadisədən sonra ətraf küçələr nəqliyyatın hərəkəti üçün bağlanıb, dağıntıların aradan qaldırılması istiqamətində işlərə başlanılıb.
Qeyd edək ki, qəza Almaniyanın Bavariya əyalətinin Münhen şəhərində baş verib.
Prestij.media
















