ABŞ-da baş verən meşə yanğınları sürətlə yayılaraq böyük ərazini külə çevirib.
Məlumata görə, həftənin əvvəlindən etibarən üç müxtəlif nöqtədə başlayan yanğınlar hələ də nəzarət altına alınmayıb. İndiyədək təxminən 2 min hektar ərazi yanaraq məhv olub.
Alovların sürətlə yayılması və yaranan sıx tüstü səbəbindən bir sıra avtomobil yolları müvəqqəti olaraq nəqliyyatın hərəkəti üçün bağlanıb. Yanğınsöndürmə briqadaları alovun qarşısını almaq üçün fasiləsiz mübarizə aparır.
Qeyd edək ki, yanğınlar ABŞ-ın Florida ştatının Mayami-Deyd dairəsində qeydə alınıb.
Prestij.media
















