“Dünya İnfertilite Farkındalık Ayı” çərçivəsində mütəxəssislər dünyada və regionda doğurganlıq səviyyəsinin ciddi şəkildə azaldığını bildiriblər.
TÜBİD sədri Prof. Dr. Bülent Tıraşın sözlərinə görə, 2025-ci ildə doğurganlıq göstəricisi 1.42-yə düşüb və infertilite hallarının vaxtında müalicəsi böyük əhəmiyyət daşıyır.
Türk Üreme Sağlığı və İnfertilite Vakfı (TFRM) rəhbəri Prof. Dr. Gürkan Bozdağ isə Ümumdünya Səhiyyə Təşkilatının məlumatına istinadən hər 6 nəfərdən birinin həyatının müəyyən dövründə infertilite ilə qarşılaşdığını bildirib.
Mütəxəssislərin sözlərinə görə, infertilite yalnız qadınlarla bağlı deyil: halların üçdə biri qadın, üçdə biri kişi, üçdə biri isə hər iki tərəf və ya səbəbi bilinməyən faktorlarla əlaqəlidir.
Həkimlər erkən diaqnoz, düzgün yönləndirmə və vaxtında müalicənin vacibliyini xüsusi vurğulayırlar.
Prestij.media
















