Nigerin paytaxtı Niameydə yerləşən Diori Hamani International Airport hava limanına silahlı hücum nəticəsində 35 nəfər həyatını itirib.
Prestij.media xəbər verir ki, təhlükəsizlik qüvvələrinin açıqlamasına əsasən, ölənlərdən 22-si hücumçu, 11-i hərbçi, 2-si isə mülki şəxslərdir. Hadisə zamanı bölgədə genişmiqyaslı əməliyyat aparılıb.
Məlumata görə, hücumla əlaqədar 20 nəfər saxlanılıb, əməliyyatlar zamanı çoxlu sayda silah və partlayıcı maddə ələ keçirilib. Hava limanı ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.
Qeyd edək ki, eyni hava limanı son aylarda ikinci dəfə hücuma məruz qalır və bölgədə təhlükəsizlik vəziyyəti gərgin olaraq qalır.
















