ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı vasitəsilə neft daşıyan tankerlərin hərəkətinin bərpa edildiyini açıqlayıb.
Prezident bu barədə özünün “Truth Social” hesabında paylaşım edib. O bildirib ki, neftlə yüklənmiş çoxsaylı gəmi artıq boğazdan keçərək marşrut üzrə hərəkətini davam etdirir.
Trampın sözlərinə görə, tankerlər təhlükəsiz hesab olunan cənub dəniz yolu ilə irəliləyir və hazırda hərəkət üçün ciddi maneə yoxdur. ABŞ lideri qeyd edib ki, gəmiçilik sahəsində alternativ marşrutlardan da istifadə etmək mümkündür.
Xatırladaq ki, daha əvvəl Pakistanın Baş naziri Şahbaz Şərif Vaşinqton və Tehran arasında razılaşma əldə olunduğunu açıqlamışdı. O bildirmişdi ki, tərəflər hərbi əməliyyatların dayandırılması barədə ortaq mövqeyə gəliblər və müvafiq sənədin iyunun 19-da İsveçrədə imzalanması nəzərdə tutulur.
















