Özbəkistanda keçirilən ənənəvi beynəlxalq “UzChess Cup” şahmat turniri başa çatmaq üzrədir.
Yarışın son turu ərəfəsində “Challenge” bölməsinin qalibi müəyyənləşib. Azərbaycan çempionu Məhəmməd Muradlı 7 turdan sonra maksimum nəticə göstərərək 7 xal toplayıb və turnirdə birinci yeri vaxtından əvvəl təmin edib.
Şahmatçımız son turda Özbəkistan təmsilçisi Jakhongir Vakhidov ilə qarşılaşacaq. Lakin bu oyunun nəticəsindən asılı olmayaraq, Məhəmməd Muradlı turniri lider kimi başa vuracaq.
Qeyd edək ki, Azərbaycan şahmatçısının nümayiş etdirdiyi uğurlu çıxış ölkə şahmatının növbəti beynəlxalq nailiyyəti kimi dəyərləndirilir.
Prestij.media
















