Avstriyanın Zalsburq şəhərində 29 yaşlı şəxs başqasına məxsus yanacaq kartından istifadə edərək aylar ərzində böyük məbləğdə dizel yanacağı əldə edib. Daha sonra yanacağı bazar qiymətindən xeyli ucuz sataraq pul qazanıb.
İstintaqa görə, şübhəli 2025-ci ilin sentyabrından 2026-cı ilin yanvarına qədər kartdan 136 dəfə istifadə edib. Bu müddətdə 54 min litrdən çox dizel yanacağı götürülüb.
O, yanacaqdoldurma məntəqəsində ucuz dizel sataraq çoxlu sayda müştəri cəlb edib. Bəzi sürücülər hətta avtomobillərindən əlavə evlərinə aparmaq üçün bidonlarla yanacaq alıblar.
Nəticədə Xorvatiyada yerləşən nəqliyyat şirkətinə təxminən 68 min avro zərər dəyib. Daha əvvəl məhkumluğu olmayan şəxs barədə məhkəmə prosesi başlayıb və yanacaq kartının onun əlinə necə keçdiyi araşdırılır.
Prestij.media
















