Yeni araşdırma süni intellektin hekayə yazarkən eyni ad və mövzuları təkrarlama meylini ortaya çıxarıb. Tədqiqatçılar “Elias Thorne” kimi uydurma obrazların AI tərəfindən qeyri-adi dərəcədə tez-tez istifadə edildiyini bildirir.
20 min hekayənin analizində “Elias” adının 25%-dən çox mətndə yer aldığı, “mayak”, “kitabxanaçı” və “saat ustası” kimi mövzuların da təkrarlandığı müəyyən edilib.
Mütəxəssislərə görə bu vəziyyət “model çökməsi” ilə bağlıdır və süni intellektin öz yaratdığı məzmundan öyrənərək oxşar nəticələr istehsal etməsi ilə izah olunur.
prestij.media
















