2026-cı il FIFA Dünya Kubokunun G qrupunda II turun oyununda Belçika və İran milliləri üz-üzə gəlib. Gərgin keçən qarşılaşmada tərəflər qapılara yol tapa bilməyib və matç 0:0 hesabı ilə başa çatıb.
Oyunda hər iki komandanın qol imkanları olsa da, qapıçılar uğurlu çıxışları ilə seçiliblər. İranın vurduğu bir qol isə VAR yoxlanışından sonra ofsayd səbəbindən qeydə alınmayıb.
Matçın 66-cı dəqiqəsində Belçika yığması azlıqda qalıb. Ngoy son ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Bu nəticədən sonra həm Belçika, həm də İran qrupda xallarının sayını 2-yə çatdırıb.
Prestij.media
















