Britaniyanın Şervud meşəsində yerləşən və Robin Hud əfsanəsi ilə əlaqələndirilən “Major Oak” adlı qədim palıd ağacının quruduğu bildirilib.
Təxminən 1000–1200 illik olduğu düşünülən ağac illərdir turistlərin diqqətini çəkirdi. Son illərdə zəifləyən ağac bu il ilk dəfə yarpaqsız qalıb.
Mütəxəssislərə görə ağac artıq ölü hesab olunur. Buna baxmayaraq, o yerində saxlanılacaq.
Əfsanələrə görə Robin Hud və dəstəsi bu ağacın ətrafında gizlənirmiş. Tarixçilər isə bu iddianın dəqiq sübut olunmadığını bildirirlər.
Prestij.media
















