Hind okeanındakı Amsterdam Island adasında 1871-ci ildə buraxılan cəmi 5 inək illər ərzində çoxalaraq minlərlə başlıq sürüyə çevrilib. Yeni araşdırma isə bu heyvanların təkamüllə bağlı bəzi nəzəriyyələrə zidd nəticələr ortaya qoyduğunu göstərib.
Alimlər uzun müddətdir ki, kiçik və təcrid olunmuş adalarda yaşayan iri heyvanların zamanla ölçücə kiçildiyini hesab edirdilər. Lakin aparılan genetik tədqiqat Amsterdam adasındakı inəklərdə belə bir dəyişiklik müşahidə olunmadığını üzə çıxarıb.
Araşdırmaya görə, sürü yalnız 5 heyvandan yaransa da, yaxın qohumlaşma riskinə baxmayaraq genetik çöküş yaşamayıb və sayları bir dövrdə 2 min başa çatıb. Mütəxəssislər hesab edirlər ki, bu hadisə kiçik populyasiyaların təkamülü ilə bağlı bəzi elmi yanaşmaların yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər.
Prestij.media
















