Süni intellekt sahəsinə yatırılan milyardlarla dolların hələ də gözlənilən gəliri təmin etməməsi texnologiya bazarında narahatlığı artırıb. İnvestorların kütləvi satışları nəticəsində iri texnologiya və çip şirkətlərinin səhmləri dəyər itirib.
Məlumata görə, ötən həftə S&P 500 indeksi 1,6%, Nasdaq 100 isə 4,1% geriləyib. Xüsusilə yarımkeçirici şirkətləri ciddi itkilərlə üzləşib.
Yaxın günlərdə Tesla, Alphabet, Microsoft, Meta, Apple, Amazon və Nvidia kimi nəhəng şirkətlərin maliyyə hesabatları açıqlanacaq. Analitiklər hesab edir ki, bu nəticələr süni intellekt sahəsinə qoyulan investisiyaların gələcək taleyi üçün həlledici olacaq.
Prestij.media
















