Avstraliyada şəkər qamışı sahələrinə zərər vuran həşəratlarla mübarizə aparmaq üçün 1935-ci ildə təbiətə buraxılan 2 min 400 qamış qurbağası gözlənilməz nəticələrə səbəb olub.
Qurbağalar hədəflənən zərərvericiləri məhv etmək əvəzinə sürətlə çoxalaraq geniş ərazilərə yayılıb. Hazırda Avstraliyada onların sayının 200 milyondan çox olduğu təxmin edilir. Zəhərli olmaları səbəbindən yerli yırtıcı heyvanlar üçün də ciddi təhlükə yaradıblar.
















