İkinci Dünya müharibəsindən sonra malyariya ilə mübarizə məqsədilə bütün dünyada geniş istifadə olunan DDT adlı pestisidin izləri üstündən onilliklər keçməsinə baxmayaraq hələ də təbiətdə qalır.
DDT torpaq və suda uzun müddət parçalanmır, yağış və çaylar vasitəsilə okeanlara qədər yayılır. Araşdırmalar maddənin qida zənciri ilə canlıların orqanizmində toplandığını göstərib.
Hətta dərmandan istifadə edilən ərazilərdən minlərlə kilometr uzaqda yerləşən Antarktidada pinqvinlərdə də DDT qalıqları aşkarlanıb. Maddənin bəzi yırtıcı quşların yumurta qabıqlarını naziltdiyi və onların çoxalmasına mənfi təsir göstərdiyi müəyyən edilib.
1970-ci illərdən etibarən bir sıra ölkələrdə istifadəsi qadağan edilən DDT-nin qalıqları isə uzun parçalanma müddətinə görə torpaqda və insan orqanizmində hələ də aşkarlanır.
Prestij.media
















