Almaniyada tədqiqatçılar yolların daxilində yaranan zədələri səthə çıxmadan müəyyən etmək üçün asfaltın içərisinə sensorlarla təchiz edilmiş xüsusi parça yerləşdiriblər.
Bu material avtomobillərin yaratdığı yük və deformasiyanı ölçərək yolun hansı hissəsində aşınmanın başladığını müəyyən edir. Məlumatlar süni intellekt vasitəsilə təhlil olunur.
Məqsəd yollarda çat və çuxurlar yaranmazdan əvvəl zədələnən hissələri müəyyən edərək vaxtında təmir etməkdir.
Prestij.media
















