• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
15.2° Weather Columbus
$
1.7
€
1.9428
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

13 İyun, 26 / 21:08
A A

İyunun 13-də Şamaxının Meysəri kəndində Barbekü festivalı başlayıb.

İki gün davam edəcək festival Şamaxı Rayon İcra Hakimiyyəti, Nəsimi Bağları Kompleksi və “Abqora” restoranının dəstəyi, “Azərsun Holdinq”, “Coca-Cola Azərbaycan”ın baş sponsorluğu, “Azərbaycan Hava Yolları” QSC, “Premium Meat”, “Baku Medical Plaza”nın rəsmi tərəfdaşlığı ilə təşkil olunur.

Festivalın açılışında çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov bildirib ki, festivalda dünyanın müxtəlif ölkələrini təmsil edən tanınmış şef-aşpazlar iştirak edir. Onların zəngin təcrübəsi, fərqli kulinariya ənənələri və təqdim etdikləri ləziz təamlar tədbirə xüsusi rəng qatır, onu daha maraqlı edir.

O qeyd edib ki, bu cür festivallar qonaqlara xoş anlar bəxş etməklə yanaşı, Şamaxının qonaqpərvərliyini bir daha nümayiş etdirir.

Gürcüstanlı tanınmış aşpaz Guram Boqdaşvili çıxışında bildirib ki, ənənələrin qorunması hər zaman böyük əhəmiyyət daşıyır. O, Azərbaycanda, xüsusilə də Şamaxıda olmaqdan məmnunluğunu ifadə edərək, bu şəhərə ilk dəfə gəldiyini və bunun onun üçün xüsusi an olduğunu vurğulayıb.

Mədəni mübadilə və qastronomik turizmin genişləndirilməsinə yönələn festivalda möhtəşəm barbekü təqdimatları və dünya mətbəxinin ləziz nümunələri təqdim edilir.

Ötən il olduğu kimi, bu il də Beynəlxalq Barbekü Festivalında dünyanın müxtəlif ölkələrini təmsil edən şef-aşpazlar iştirak edir: Azərbaycan, Banqladeş, Çin, Danimarka, Fransa, Gürcüstan, Hindistan, İtaliya, Koreya, Malayziya, Özbəkistan, Rusiya, Türkiyə, Türkmənistan, Ukrayna, Yaponiya.

Festivalda təmsil olunan aşpazlar kulinariya üzrə çoxillik təcrübəyə malik, iş təcrübələri müddətində müxtəlif ölkələrin tanınmış restoranlarında fəaliyyət göstərmiş, bir çox iri festivallarda təmsil olunaraq saysız mükafatlara layiq görülmüş şeflərdir.

 

Festival ərazisindəki kulinariya zonalarında əyləncəli yarışmalar keçirilir, restoranların təmsil olunduğu pavilyonlarda isə müxtəlif mədəniyyətlərin mətbəxi ilə daha yaxından tanış olmaq, iştirakçılar arasında ünsiyyəti genişləndirmək, fərqli təamları dadmaq imkanı yaradılıb.

Dadların, dostluğun və açıq hava əyləncəsinin bir məkanda birləşdiyi festivalın hər iki günü maraqlı tədbirlərlə zəngindir.

Həftəsonuna təsadüf edən kulinariya bayramının birinci günü şef-aşpazların festival ərazisinə yürüşü ilə başlayıb. Festivalın iştirakçı şefləri və qonaqları xüsusi paradla tamaşaçıları salamlayaraq, həmin məkanda əsl kulinariya ab-havası yaradıb.

“Barbekü və Manqal” duelində beynəlxalq barbekü və yerli kabab ustaları iştirak edib. Bu dad “savaşı” festivalın ən maraqlı şoularından birinə çevrilib. Şeflər öz xüsusi reseptləri və bişirmə texnikaları ilə fərqli dadlar təqdim edib, tamaşaçılar isə bu əyləncəli kulinariya qarşıdurmasının şahidi olub.

Kulinariya həvəskarları və peşəkar şef-aşpazlar arasında kulinariya yarışması da keçirilib. Hazırlanan yeməklər peşəkar münsiflər tərəfindən qiymətləndirilib və günün qalibi müəyyən olunub.

Axşam saatlarında isə musiqili proqram təqdim edilib.

Festival iyunun 14-də işini davam etdirəcək.

Festivalın ikinci günü də ləziz təqdimatlar və əyləncə ilə yadda qalacaq. “Steyk şou”da şef-aşpazlar steykləri hər biri özünəməxsus hazırlanma üsulu ilə bişirəcək. Təqdimat zamanı onlar öz kulinariya sirləri, bişirmə texnikaları və xüsusi məsləhətləri ilə tamaşaçılarla bölüşəcək. Həmin günün musiqili proqramı isə festivalı daha da rəngarəng edəcək. Beləliklə, iki gün ərzində Meysəri kəndi ləzzətli təamlar və səmimi ünsiyyət məkanına çevriləcək.

Bənzər Xəbərlər

Cəmiyyət

Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək

İyun 21, 2026
Cəmiyyət

Hövsanda su təchizatında məhdudiyyətlər tətbiq olunub

İyun 20, 2026
Cəmiyyət

Kitab oxuyan gənclərə dəstək mesajı: Hövsanda nümunəvi görüş baş tutdu – FOTOLAR

İyun 20, 2026
Cəmiyyət

Məktəblilərin Respublika İdman Olimpiadasının açılış mərasimi keçirilib

İyun 20, 2026
Cəmiyyət

Vens İranla danışıqlar üçün İsveçrəyə gedəcək

İyun 20, 2026
Cəmiyyət

Azərbaycandan Ermənistana min ton dizel göndəriləcək

İyun 20, 2026

XƏBƏR LENTİ

Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək

21 İyun, 26 / 6:43

Hövsanda su təchizatında məhdudiyyətlər tətbiq olunub

20 İyun, 26 / 22:39

Azərbaycanlı taekvondoçu Klublararası Avropa çempionatında bürünc medal qazanıb

20 İyun, 26 / 22:03

Bakıda ilk dəfə “Queen & King of the Court Mixed” turniri keçirilib

20 İyun, 26 / 22:01

“AzerGold” əməkdaşları arasında veloyürüş keçirilib

20 İyun, 26 / 21:51

Kitab oxuyan gənclərə dəstək mesajı: Hövsanda nümunəvi görüş baş tutdu – FOTOLAR

20 İyun, 26 / 20:18

Vens: ABŞ tələblərin yerinə yetirilməsi şərtilə İrana iqtisadi təzyiqi azaltmağa hazırdır

20 İyun, 26 / 20:03

Sumqayıtda yaşayış binasında PARTLAYIŞ

20 İyun, 26 / 20:01

Məktəblilərin Respublika İdman Olimpiadasının açılış mərasimi keçirilib

20 İyun, 26 / 19:49

Vens İranla danışıqlar üçün İsveçrəyə gedəcək

20 İyun, 26 / 19:42
  • Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə

© 2026 Prestij Media - İnformasiya Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Prestij Media - İnformasiya Portalı.