Prestij.media xəbər verir ki, məşhur türkiyəli aktrisa Neslihan Atagül üç illik fasilədən sonra yenidən serial çəkilişlərinə qayıdacağını açıqlayıb.
Son olaraq “Gecenin Ucunda” serialında rol alan aktrisa, oğlu Aziz dünyaya gəldikdən sonra ekranlardan uzaq qalmışdı. Atagül bildirib ki, yeni mövsümdə yenidən tamaşaçı qarşısına çıxacaq.
“Bu mövsüm artıq ekranlardayam. Setləri çox darıxmışam, çox həyəcanlıyam. Hazırlıq mərhələsindəyik. Partnyorum hələ müəyyənləşməyib, amma mənim layihədə olmağım dəqiqdir”, – deyə aktrisa bildirib.
Qeyd edək ki, Neslihan Atagül və aktyor Kadir Doğulu 2025-ci ilin mart ayında oğulları Azizin dünyaya gəlməsindən sonra ailə həyatına daha çox vaxt ayırırdı.
















