İndoneziyanın paytaxtı Cakartada akvariumlarda saxlanılan vatoz balıqlarının çaylara buraxılması ekoloji problem yaradıb. Cənubi Amerika mənşəli bu balıqlar sürətlə çoxalaraq yerli balıq növləri üçün təhlükəyə çevrilib.
Akvarium şüşələrindəki yosunlarla qidalanan vatozlar sahibləri tərəfindən təbiətə buraxıldıqdan sonra Cilivunq çayında geniş yayılıb. Onlar yerli növlərlə qida və yaşayış sahəsi uğrunda rəqabət aparır, çay sahillərində qazdıqları oyuqlarla ətraf mühitə də zərər verirlər.
Cakarta rəhbərliyi problemin qarşısını almaq üçün çaydan ən azı 10 ton vatoz balığının çıxarılmasını planlaşdırır. Məqsəd invaziv növün yayılmasını məhdudlaşdırmaq və yerli ekosistemi qorumaqdır. Mütəxəssislər akvarium balıqlarının təbiətə buraxılmaması barədə xəbərdarlıq edirlər.
Prestij.media
















