Cənubi Amerikanın Pataqoniya bölgəsində cənub sağ balinalarının balaları arasında kütləvi ölüm halları qeydə alınıb. Argentinanın Çubut əyalətinin sahillərində iyun ayından bəri 300-dən çox balina balasının öldüyü bildirilir. Dəqiq ölüm sayı isə hələ rəsmi təsdiqini tapmayıb.
Alimlər Valdes yarımadası ətrafında baş verən ölümlərin səbəblərini araşdırırlar. Ehtimallar arasında bakterial infeksiyalar, qidalanma problemləri və ətraf mühitdəki dəyişikliklər var. Qağayıların balinaların dərisini dimdikləməsi nəticəsində yaranan yaraların infeksiyaya səbəb ola biləcəyi də istisna edilmir.
Tədqiqatçılar dəniz suyunun temperaturundakı dəyişiklikləri və digər ekoloji amilləri də öyrənirlər. Mütəxəssislər bildirirlər ki, balina balalarının ölüm hallarının davam etməsi əvvəllər həddindən artıq ovlanma səbəbindən azalmış populyasiyanın bərpasına mənfi təsir göstərə bilər. Ölüm hallarının dəqiq səbəbi hələ müəyyən edilməyib.
Prestij.media
















